“Çempionlar Liqasını qazanmaq arzumuzdur” - “Sabah”ın rəqibinin baş məşqçisi

“Çempionlar Liqasını qazanmaq arzumuzdur” - “Sabah”ın rəqibinin baş məşqçisi

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi olan “Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandasının İspaniya çempionatında motivasiyasını qoruduğunu bildirib.

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis, mətbuat konfransında La Liqada ardıcıl üçüncü dəfə çempion olmaq istədiklərini deyib:

“Hamı Çempionlar Liqasını qazanmaq istəyir, bu, bizim arzumuzdur. Amma La Liqada ardıcıl üçüncü dəfə çempion olmaq da vacibdir.

Bu, möhtəşəm olardı. Qarşıda hələ çox oyun var. Addım-addım irəliləyirik”.

“Barselona” Çempionlar Liqasının yeni mövsümünün ilk turunda doğma meydanda “Feyenoord”u 5:1 hesabı ilə darmadağın edib.

Kataloniya təmsilçisi La Liqada 12 xalla turnir cədvəlinə başçılıq edir. Flikin komandası növbəti turda, sabah səfərdə “Levante” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti