“Səhvlərə yol verdik, pis çıxış etmədik, “Mançester Yunayted”i unutmaq lazımdır” - VİDEO

11:20 Sabah 56
“Səhvlərə yol verdik, pis çıxış etmədik, “Mançester Yunayted”i unutmaq lazımdır” -  VİDEO

“Məğlub olmağımıza baxmayaraq yaxşı çıxış etdik.

Qol epizodlarımız oldu. Mikels və Mbinanın epizodlarını xatırladardım”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah” futbol klubunun müdafiəçisi Rəhman Daşdəmirov Çempionlar Liqasının əsas mərhələsində İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirdikləri oyunundan sonra verdiyi acılamada deyib.

Start onbirlikdə yer alan yeganə azərbaycanlı futbolçu fikrinin davamında hesabın fərqli olmaq ehtimalını da qeyd edib.

“Onların təcrübəsi öz sözünü dedi. Əllərinə düşən imkanlardan istifadə etdilər. Amma artıq bu oyunu unutmaq lazımdır.

Hər komandanı ayrıca təhlil edirik. Qarşıda Bakıda “Slaviya” ilə oyun var, öz azarkeşlərimizin qarşında xalqımızı sevindirmək istəyirik”.

Rəhman Daşdəmirov müdafiədə Stiv Solvetin yoxluğunda onun əvəzləyən Eyden Makkarti ilə anlaşmanın hansı səviyyədə olduğuna da toxunub.

“Stiv Solvetin əsas oyunçumuzdur, yoxluğu hiss olunurdu. Makkarti ilə bərabər ilk dəfə idi oynayırdım.

Səhvlərimizə rəğmən, pis çıxış etmədik. Hər bir halda əlimizdən gələn ən yaxşısını etməyə çalışdıq” – deyə 26 yaşlı azərbaycanlı müdafiəçi bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!