“Sərbəst olsaydım, təklifi qəbul edərdim, başqa komandaya getməzdim”

11 Sentyabr 15:20 İngiltərə 590
“Sərbəst olsaydım, təklifi qəbul edərdim, başqa komandaya getməzdim”

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino ötən yay “Tottenhem”ə qayıtmaq imkanından niyə imtina etdiyi haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis, “Tottenhem”in ona həqiqətən də müraciət etdiyini, lakin ABŞ millisi ilə dünya çempionatına hazırlaşdığı üçün təklifi qəbul etmədiyini bildirib:

“Sərbəst olsaydım, əlbəttə, təklifi qəbul edərdim. Bəlkə də bir gün şərait uyğun gələr və kluba qayıdaram.

Hətta Çempionşipdə belə, “Tottenhem”ə rəhbərlik edərdim. Bu, hər zaman kömək etməyə hazır olduğum yeganə klubdur. Başqa komandaya getməzdim – yalnız “Tottenhem”ə”.

Poçettino 2014-2019-cu illərdə “Tottenhem”ə rəhbərlik edib. Onun rəhbərliyi altında London komandası Premyer Liqada ikinci yeri tutub və Çempionlar Liqasının finalına yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…