“Neftçi”də yerini itirdi, Kiprin bir neçə komandasının maraq dairəsinə düşdü

13:20 Neftçi 106
“Neftçi”də yerini itirdi, Kiprin bir neçə komandasının maraq dairəsinə düşdü

“Neftçi”nin yarımmüdafiəçisi Sessi Dalmeyda Azərbaycanı tərk edə bilər.

Sportinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı orta sahə oyunçusunun yenidən bu ölkədə çıxış etmək variantı yaranıb.

Benin millisinin üzvü heyətində yenilənməyə gedən “ağ-qaralar”da əsas heyətə düşə bilmir. Bu üzdən bakılıların onunla yollarını ayırmağa müsbət yanaşdığı vurğulanıb.

“Apollon”un sabiq futbolçusu Kiprin bir neçə komandasının maraq dairəsinə düşüb.

Sessi Dalmeyda “Neftçi”yə ötən ilin yayında məhz “Apollon”dan keçib. Onun paytaxt təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!