Polşa Ekstraklasasında 7-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakov” öz meydanında “Motor”la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Mahir Emreli görüşə əsas heyətdə başlayıb. O, 87–ci dəqiqədə əvəzlənib. “Rakov”un qollarını 42-ci və 77-ci dəqiqələrdə Patrik Makuç vurub.
Bu, “Rakov”un cari mövsümdə Polşa çempionatında ilk qələbəsi olub.
7 oyundan 3 xalı olan “Rakov” hazırda 18 komanda arasında sonuncu yeri tutur.
