39 yaşlı hücumçu yeni klub tapdı, birillik müqavilə bağladı

8 Sentyabr 10:00 İngiltərə 493
39 yaşlı hücumçu yeni klub tapdı, birillik müqavilə bağladı

“Kremoneze”dən ayrılan Ceymi Vardinin yeni klubu məlum olub.

Sportinfo.az xəbər verir ki, ingiltərəli forvard karyerasını ölkəsində davam etdirəcək.

Vardi “Bernli” ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusunda olan 39 yaşlı hücumçu Çempionşip təmsilçisi ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Vardi 2026/27 mövsümündə “Kremoneze”nin heyətində meydana çıxdığı 29 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti