Federasiyada hakimlərlə görüş keçirildi - FOTOLAR

04:50 Digər növlər 33
Federasiyada hakimlərlə görüş keçirildi - FOTOLAR

Azərbaycan Atletika Federasiyasının (AAF) inzibati binasında qurumun baş katibi Məhərrəm Sultanzadə və idman direktoru Mariana Vasileva hakimlərlə görüşüb.

Sportinfo.az xəbər verir ki, AAF-nin İcraiyyə Komitəsinin qərarına əsasən, Hakimlər Kollegiyasının yeni sədri təyin edilmiş Nemət Heydərov rəsmi olaraq Kollegiya sədri kimi təqdim edilib.

İclasda həmçinin yarışların təşkili və keçirilməsi, hakimlərin qarşıdakı turnirlərdə iştirakı, hakimlik fəaliyyətinin təkmilləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində keçiriləcək yarışlarla bağlı hakimlərə müvafiq məlumatlar verilib və qarşıda duran vəzifələr müzakirə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!
11 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM