Hücumçusu ilə bir şərtlə vidalaşa bilər - “Arsenal”

00:20 İngiltərə 80
Hücumçusu ilə bir şərtlə vidalaşa bilər - “Arsenal”

“Arsenal” hücumçusu Viktor Qyokereşlə yollarını ayıra bilər. Ancaq bunun üçün bir şərt var.

Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, “topçular” isveçli forvardı yalnız onun əvəzinə yeni top-hücumçu tapdıqdan sonra satmağa hazırdır.

“Arsenal”ın əsas hədəfi hələ də “Atletiko”nun hücumçusu Xulian Alvaresdir. Lakin argentinalı futbolçunun karyerasını “Barselona”da davam etdirmək istədiyi bildirilir.

London klubu “Əl-Əhli”nin hücumçusu İvan Toninin transferini də nəzərdən keçirir.

Bununla belə, Toni yalnız Qyokereşə alternativ kimi düşünülür. İngiltərə klubu onu əsas heyətdə Kay Havertsin əvəzedicisi kimi nəzərdən keçirmir.

28 yaşlı Qyokereş yeni mövsümdə “Arsenal”ın heyətində 2 oyunda meydana çıxıb.

Onun komandası Çempionlar Liqasının əsas mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM