XOŞAGƏLMƏZ OLAY! Azərbaycana qayıdan ərəb 5000 dolları kimə verib?

17:40 Qalmaqal 91
XOŞAGƏLMƏZ OLAY! Azərbaycana qayıdan ərəb 5000 dolları kimə verib?

İyulda “Şamaxı“ ilə müqavilə imzalayan Ayman Boualinin problemi yaranıb.

Meneceri mərakeşli yarımmüdafiəçidən üz çevirib.

Tərəflərin münasibəti boş yerə pozulmayıb. 26 yaşlı legionerin müqavilə əsasında fəaliyyət göstərdiyi agent onun “şirlər“lə bağladığı kontraktdan 1 sent də pul qazanmayıb.

5000 dollar aylıq maaş qarşılığında “Şamaxı“ ilə birillik anlaşmaya imza atan Bouali rəsmi nümayəndəsini bu prosesdən kənarda saxlayıb.

Demə, o, futbolçunu bundan öncə Bİrləşmiş Ərəb Əmirliklərinə aparıb, “Al Dhaid”in formasını geyinməsinə vasitəçilik edib.

Menecerə məlumat verilib ki, klubdan “agent haqqı“ ödənilib. Amma kimə? Bunu isə yalnız onun özü aydınlaşdıra bilməz.

Gərək “Şamaxı“ rəhbərliyi də söhbətin içinə girsin və araşdırsın. Boualinin 5000 dolları hara “ötürdüyünü“ öyrənmələri lazımdır.

Bu işdə Azər Bağırovun da verəcəyi istiqamətdən çox şey asılıdır.

Baş məşqçi ölkəmizdə daha əvvəl “Səbail“in şərəfini qorumuş mərakeşlinin “Şamaxı“ya keçidi üçün çox israr edib,

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti