“Qol vurmasam, soruşacaqlar ki...” - Tənqidlərə cavab verdi

12:20 İspaniya 64
“Qol vurmasam, soruşacaqlar ki...” - Tənqidlərə cavab verdi

“Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe müdafiədə az işləməsi və az məsafə qət etməsi ilə bağlı ünvanına səslənən sərt tənqidlərə gözlənilməz cavab verib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu “France Football” nəşrinə verdiyi müsahibədə tənqidlərə sakit yanaşdığını və sağlam iradlarla “axmaqlıqları” bir-birindən ayırmağı bacardığını bildirib:

“Mən futbolda yeni deyiləm. Hər kəs illərdir nə edə bildiyimi yaxşı bilir.

On il eyni şeyi edəndə insanlar buna öyrəşir və etmədiyin şeylərə diqqət yetirməyə başlayırlar. Bu, insan xarakteridir, ona görə də bunu şəxsi təhqir saymıram.

Vurduğum qolların komanda oyununa zərər vurması haqqında danışılanlar isə tamamilə məntiqsizdir. Qol vurmasam, bu dəfə nədən vurmadığımı soruşacaqlar.

Hər oyundan sonra evdə oturan milyonlarla narazı məşqçi peyda olur. Futbolun mənası rəqibdən bir qol çox vurmaqdır.

Qol vuran futbolçu heç vaxt komanda üçün problem ola bilməz. Mən sıfır qolla titul qazanan komanda görməmişəm.

Tənqidlər qərarlarıma heç vaxt təsir etmir və addımımın doğruluğuna əminəmsə, sonadək gedirəm”.

Cari mövsümdə fransalı hücumçu “Real Madrid” formasında çıxdığı 5 rəsmi matçda 5 qolla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!