75,4 milyon avroluq təklifi qəbul edilmədi - “Zadəganlar”ın

3 Sentyabr 18:20 İngiltərə 419
75,4 milyon avroluq təklifi qəbul edilmədi - “Zadəganlar”ın

“Çelsi” “Everton”un yarımmüdafiəçisi Ceyms Qarneri transfer etmək istəyib.

Sportinfo.az “TalkSport”-a istinadən xəbər verir ki, London təmsilçisi transfer pəncərəsinin bağlanmasına az müddət qalmış 25 yaşlı futbolçunun keçidi üçün “Everton”a müraciət edib.

Klub Qarner üçün 75,4 milyon avro ödəməyə hazır olub. Ancaq “Everton” transfer dönəminin son günlərində daxil olan təkliflərə baxmaqdan imtina edib və Qarnerin satılmasına razılıq verməyib.

Liverpul təmsilçisi ingiltərəli yarımmüdafiəçini 2022-ci ildə “Mançester Yunayted”dən 10 milyon avrodan çox məbləğə transfer edib.

Qarner yeni mövsümdə komandasının heyətində üç oyunda meydana çıxıb. Onun “Everton”la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…