Komandamızın rəqibi Gürcüstanla heç-heçə etdi

12 Sentyabr 04:00 Futzal 407
Komandamızın rəqibi Gürcüstanla heç-heçə etdi

Futzal üzrə DÇ-2028-in əsas mərhələsində Azərbaycan millisinin rəqibi olacaq Çexiya yığması Gürcüstan ilə yoldaşlıq matçında heç-heçə edib.

Sportinfo.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Tbilisi Olimpiya Sarayında keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Komandalar arasında növbəti oyun sentyabrın 10-da, saat 19:00-da Tbilisi Olimpiya Sarayında baş tutacaq.

İko gün əvvəl reallaşan ilk görüşdə Gürcüstana 3:2 hesabı ilə qalib gələn Çexiya yığması Azərbaycan millisi ilə oktyabrın 16-da səfərdə, noyabrın 5-də isə doğma meydanda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti