“Fənərbaxça” Çempionlar Liqasının Liqa mərhələsində “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra istefa verdiyini açıqlayan baş məşqçi İsmail Kartalla bağlı rəsmi məlumat yayıb.
Sportinfo.az xəbər verir ki, İstanbul klubu türkiyəli mütəxəssisin vəzifəsində qalacağını açıqlayıb.
Klubun bəyanatında deyilir: “Baş məşqçimiz cənab İsmail Kartal vəzifəsinin başındadır. Komandamız sabah saat 11:30-da İsmail Kartalın rəhbərliyi altında keçirəcəyi məşqlə “Qaziantep”lə oyunun hazırlığını davam etdirəcək”.
Kartal “Roma” ilə 1:1 hesablı görüşdən sonra keçirilən mətbuat konfransında gözlənilmədən istefa verdiyini açıqlamışdı.
