Ronaldu, Levandovski və Rud van Nistelroyun etdiyini etdi

12 Sentyabr 18:20 Almaniya 500
Ronaldu, Levandovski  və Rud van Nistelroyun etdiyini etdi

“Bavariya”nın hücumçusu Harri Keyn nadir rekordu təkrarlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o buna Çempionlar Liqasının əsas mərhələsinin I turunda Norveçdən “Budyo-Qlimt” ilə matçda (5:0) fərqlənməklə müvəffəq olub.

Belə ki, ingiltərəli forvard turnirdə ardıcıl 8-ci matçda qol vurub.

Çempionlar Liqasında buna qədər ardıcıl 8 və daha çox oyunda yalnız Kriştianu Ronaldu, Robert Levandovski və Rud van Nistelroy qol vurublar.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…