“Onun ən böyük tərəfdarlarından biri deyildim, zaman keçdikcə məni özünə inandırdı”

01:40 İngiltərə 112
“Onun ən böyük tərəfdarlarından biri deyildim, zaman keçdikcə məni özünə inandırdı”

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz, Enzo Fernandesin “Çelsi”dən “Mançester Siti”yə transferinə münasibət bildirib.

Argentinalı futbolçu “şəhərlilər”ə 125 milyon funt-sterlinq (təxminən 145,7 milyon avro) qarşılığında keçib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Skoulz, London klubunun bu transferə razılıq verməsini səhv addım hesab edir:

“Düşünmürəm ki, Enzo “Çelsi”də narazı idi. Sadəcə, “Mançester Siti” onun fikrini dəyişdi.

“Çelsi” Premyer Liqanı qazanmaq istəyirsə, Enzo Fernandesin satışına icazə verməməli idi. Son vaxtlar Malo Qusto yarımmüdafiədə oynayırdı və bu, kifayət etməyəcək.

Ris Ceyms də yarımmüdafiədə start heyətində meydana çıxıb və bu da kifayət deyil.

Enzo “Çelsi”yə ilk gələndə onun ən böyük tərəfdarlarından biri deyildim. Amma zaman keçdikcə məni özünə inandırdı və indi onun əla futbolçu olduğunu düşünürəm.

“Mançester Siti” üçün möhtəşəm transfer olacaq. Ancaq “Çelsi” bu keçidə razılıq verməməli idi, çünki “şəhərlilər” onların birbaşa rəqibidir.

“Mançester Siti” artıq baş məşqçi (Enzo Mareska, “Çelsi”nin sabiq baş məşqçisi) məsələsində “Çelsi”ni pis vəziyyətdə qoymuşdu. Aydındır ki, yayda onun gəlişi ilə bağlı danışıqlar aparmışdılar.

Bu, “Çelsi”nin ötən mövsümünü də korladı, çünki komanda həmin vaxt möhtəşəm nəticələr göstərir və yaxşı futbol oynayırdı.

Enzo Fernandesin “Mançester Siti”yə keçidi “Çelsi”nin bu mövsümünü də korlaya bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu