“Verdiyim tapşırıqların öhdəsindən layiqincə gəldilər”

03:50 I Divizion 47
“Verdiyim tapşırıqların öhdəsindən layiqincə gəldilər”

"Bilirdik ki, bizi çətin qarşılaşma gözləyir.

Rəqibin həm xarakter baxımından, həm də təcrübəli futbolçuların sayına görə kifayət qədər güclü heyəti var".

Sportinfo.az xəbər verir ki, bu barədə "Gəncəbasar"ın baş məşqçisi Elhad Nəziri Azərbaycan Birinci Liqasının ikinci turunda "Xankəndi" üzərində qazanılan qələbəni (2:1) şərh edərkən deyib.

Mütəxəssis rəqibin oyun üslubunu öncədən təhlil etdiklərini vurğulayıb:

"Xankəndi"nin "Səbail"lə 1:1 hesablı heç-heçə etdiyi oyunu 90 dəqiqə izləmişdim. Hansı üslubda oynadıqlarını analiz etmişdik.

Xüsusilə rəqibin oyunda üstünlük yaradan müəyyən gedişlərinin qarşısını almağa çalışdıq.

Futbolçularım verdiyim tapşırıqların öhdəsindən layiqincə gəldilər. Onları təbrik edirəm".

E.Nəziri növbəti matça fokuslandıqlarını da qeyd edib: "İndi isə növbəti oyuna hazırlaşırıq. İnşallah, qarşıdakı görüşdə də yaxşı nəticə qazanarıq".

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!
11 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
11 Sentyabr 03:40 “Sabah”a gəldilər - FOTO