“Real”ın fransalı hücumçusu Kilian Mbappe tənqidlərə münasibətindən danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, tənqidlərin onu narahat etmədiyini bildirib:
“Tənqidə tarazlı yanaşıram. Bəzi tənqidlər konstruktiv, digərləri isə məntiqsiz olur.
Tənqid məni qorxutmur və qərar verərkən buna görə tənqid olunmaqdan narahat olmuram.
Bir qərarın mənim üçün doğru olduğunu və ya tam düzgün olmasa belə, zəruri olduğunu bilirəmsə, karyeram göstərib ki, sadəcə irəliləməyə davam etməliyəm.
Bu fikir mənə məntiqsiz gəlir. Qol vurmayanda insanlar niyə vurmadığımı soruşurlar. Bir şeyi anlamışam ki, futbolçu olanda birdən-birə hər matçla bağlı fikri olan milyonlarla “məşqçiniz” peyda olur və onların hamısı şəxsi həyatlarında xoşbəxt deyil.
Hər kəsin öz baxış bucağı var, amma mən hesab edirəm ki, futbolun mahiyyəti qol vurmaqdır, daha dəqiqi, rəqibdən daha çox qol vurmaq”.
