Premyer Liqa klubu baş məşqçi ilə müqaviləsinin müddətini uzatdı

6 Sentyabr 01:30 İngiltərə 400
Premyer Liqa klubu baş məşqçi ilə müqaviləsinin müddətini uzatdı

"Hall Siti" baş məşqçi Sergey Yakiroviçin müqaviləsinin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bosniya və Herseqovinadan olan mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb. Tərəflər istəsələr, anlaşmanı daha 1 il artıra bilərlər.

Sergey Yakiroviç 2025-ci ilin yayında "Hall Siti"nin baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda 49 yaşlı çalışdırıcının rəhbərliyi altında Premyer Liqaya vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!