“Turan Tovuz” heyətinə yeni legioner cəlb edib.
Tovuz təmsilçisi son olaraq “Sumqayıt”da forma geyinmiş Aleksa Yankoviçi transfer eləyib.
26 yaşlı serbiyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Bu keçid Tovuz təmsilçisinə havayı başa gəlməib. Qərblilər balkanlı legionerdən ötrü 120 min dollar təzminat ödəyib.
Yankoviç karyerası ərzində Serbiyada “Partizan”, “Çukariçki” və “Vojdovaç”ın formasını geyinib.
Bu yay “Turan Tovuz” Dioqo Balau, Aleksey Kenyaykin, Stiv Beusnard, Filip Damyanoviç və Rahil Məmmədovu da transfer edib.
SPORTİNFO.AZ

