İngiltərə millisinin sabiq futbolçusu Ceymi Karrager “Arsenal”ın transfer siyasəti barədə fikirlərini bölüşüb.
“Topçular”ın “Real”ın hücumçusu Vinisius Junior və “Atletiko”nun forvardı Xulian Alvaresi heyətinə qatmaq istədiyi, ancaq hər iki transferi reallaşdıra bilmədiyi bildirilir.
Sportinfo.az “Arsenal News Channel”-ə istinadən xəbər verir ki, Karrager, “Arsenal”ın heyətini daha da gücləndirmək üçün dünya səviyyəli futbolçuya ehtiyacı olduğunu söyləyib:
“Arsenal”a hər şeyi dəyişəcək biri lazım idi. Transfer etmək istədikləri Vinisius və Alvares məhz belə futbolçulardır. Hazırkı “Arsenal”ı gücləndirmək çox çətindir, çünki komandanın heyəti onsuz da çox güclüdür.
Belə bir komandaya yalnız dünya səviyyəli futbolçu əlavə etməklə daha da yaxşılaşdırmaq olardı. Artıq heyətdə olan futbolçularla eyni səviyyədə oyunçular almağın mənası yoxdur.
Hazırda “Arsenal”da hücum xəttində mənim 10 üzərindən 7 və ya 8 balla qiymətləndirəcəyim beş-altı futbolçu var. Onlar isə 9 və ya 10 ballıq oyunçu transfer etmək istəyirdilər. Ancaq bunu reallaşdırmaq mümkün olmadı”.
Mikel Artetanın rəhbərlik etdiyi London təmsilçisi Premyer Liqanın yeni mövsümünə iki qələbə ilə başlayıb. Komanda “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqiblərindən biridir.
