Karrik bizim komandanı yalandan tərifləmədi

17:40 Sabah 70
Karrik bizim komandanı yalandan tərifləmədi

"Sabah" Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu dünən keçirdi.

İngiltərədə "Mançester Yunayted"in qonağı olan Azərbaycan çempionu 0:4 hesabı ilə məğlub oldu.

"Old Trafford" stadionunda baş tutan matçda qolları Mateus Kunya (27), Brunu Fernandeş (42), Benyamin Şeşko (45) və Lisandro Martines (68) vurdu.

Burada bir məqamı xüsusi qeyd etmək lazımdır: 4:0 hesabına baxmayaraq, “Sabah”ın oyuna yanaşması alqışa layiqdir. Çünki komanda öz futbol fəlsəfəsindən tamamilə imtina etmədi.

Rəqib “Mançester Yunayted”dir, “Old Trafford”dur, Çempionlar Liqasının əsas mərhələsidir.

Belə şəraitdə komandanın yalnız müdafiəyə çəkilməməsi, pressinq etməsi, topu irəli daşımağa çalışması və hücum epizodları yaratması Azərbaycan futbolu baxımından müsbət siqnaldır.

Daha maraqlısı isə odur ki, bunu yalnız biz demirik. “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik də oyundan sonra “Sabah” haqqında müsbət fikirlər səsləndirib.

O, Azərbaycanın çempionunun oynamağı çətin komanda olduğunu, çoxsaylı kiçik kombinasiyalar etdiyini və topu geri qazanmaq üçün “Yunayted”i işləməyə məcbur etdiyini bildirib.

Karrik həmçinin hesabın oyunun nə qədər asan keçdiyini tam göstərmədiyini vurğulayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?