"Qarabağ Premyer Liqanın dördüncü turunda "Araz Naxçıvan"ı məğlub etdi 3-2.
Amma bu qələbə "Qarabağ"a heç də asan başa gəlmədi.
Düzdü, Ağdam klub 90 dəqiqə üstün tərəf oldu, topa daha çox sahib oldu, daha çox real qol imkanları yaxaladı, amma heç də rahat qələbə qazanmadı.
Müəyyən boşluqlar aydın sezilirdi, xəttlər arasında əlaqənin istənilən səviyyədə olmadığı aydın görünürdü.
Müdafiədə çox ciddi səhvlər buraxıldı. Fərdi səhvlər var idi, komanda səhvləri var idi, adaptasiya prosesinin hələ heç yarısında olmadığı görünürdü.
Belə məqamda adamın yadına "Tvente" ilə cavab görüşü düşür, komandanın Konfrans Liqasından kənarda qalması düşür.
"Araz Naxçıvan"la oyunda meydanda baş verənlərə baxanda bir anlıq sanki həmin məğlubiyyətə sevinirsən, komandanın kənarda qalmasına sevinirsən.
Yəqin ki, Qurban Qurbanovun da beynindən eyni düşüncələr keçir ki, elə yaxşı ki, kənarda qalmışıq, yaxşı ki yalnız Premyer Liqaya köklənmişik.
Dörd turun üçündə Qarabağ meydanda olub nə qədər çətinlik çətinib biz açıq görmüşük yenilənən komandanın problemləri var, arxadan qalxmasına isə zaman lazımdır.
Əgər avrokuboklar davam etsə idi, həm avrokuboklar, həm çempionat bir arada "Qarabağ" üçün bunu paralel aparmaq açıq-aşkar görünür ki, nəinki çətin, bəlkə də mümkünsüzə bərabər imiş.
Ona görə də elə bəlkə də 12 ildən sonra bu pauzanın olması, komandanın kənarda qalması bu komanda azarkeşlərini üzə bilər, amma gələcəyə baxası olsaq faydalı olduğunu təkrar olaraq əyani görmüş oluruq.
XANOĞLAN/ SPORTİNFO.AZ
