Braziliyalı Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanı çempionatında çıxış edən “Əl-Hilal”a transfer olunub.
Sportinfo.az Asiya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı vingerlə 4 illik müqavilə imzalanıb.
“Topçular” futbolçunun transferindən 70 milyon avro qazanacaq. Bu, London klubunun tarixində rekord satış məbləğidir.
2017-ci ildən bu yana “Arsenal”ın ən yüksək məbləğə satdığı futbolçu Aleks Oksleyd-Çemberlen olub. İngiltərə təmsilçisi həmin vaxt oyunçunun transferindən 38 milyon avro əldə edib.
Martinelli 2019-cu ilin yayından “Arsenal”ın formasını geyinib. O, London klubunun heyətində 278 oyunda 62 qol və 36 məhsuldar ötürmə ilə yadda qalıb.
Braziliyalı futbolçu “Arsenal”la 2026-cı ildə İngiltərə çempionu olub, 2020-ci ildə ölkə kubokunu qazanıb, 2026-cı ildə isə UEFA Çempionlar Liqasının finalçısı olub.
Martinelli Braziliya millisində 27 oyun keçirib və 5 qol vurub. O, 2022 və 2026-cı illərdə dünya çempionatlarında iştirak edib.
“Arsenal” “Sabah”ın Çempionlar Liqa mrəhələsindəki rəqiblərindən biridir.
