Yay fasiləsində “Şamaxı”dan ayrılan Alfons Msanqanın yeni klubu müəyyənləşib.
Tanzaniya millisinin yarımmüdafiəçisini karyerasını Əlcəzairdə davam etdirəcək.
O, avqustun son günündə yüksək liqada mübarizə aparan “Kabiliya” ilə 2 illik sözləşməyə qol çəkib.
“Şamaxı”nın heyətində meydana çıxdığı 49 matçda 6 qol vurub, 1 qolun ötürməsini verib,
Əslində, Alfons karyerasını Azərbaycanda davam etdirmək şansı var idi. Menecerlər tərəfindən “Kəpəz”ə təklif olunan orta sahə oyunçusu baş məşqçi Azər Məmmədovun marağında idi.
Sadəcə, yüksək maaş tələbi tərəflərin razılıq əldə etməsinə imkan verməmişdi.
Daha əvvəllər “Allians”(Tanzaniya), “Spartak Subotiça” və “Novi Sad”da (Serbiya) çıxış etmiş tanzaniyalı “Kabiliya”da aylıq 10 min dollar qazanacaq.
“Şamaxı”da maaşı bundan xeyli aşağı olan Msanqa Əlcəzairdə meydana çıxdığı hər oyuna görə bonus da alacaq.
SPORTİNFO.AZ

