"Dinamo" Babayevi "Dinamo"dan icarəyə götürmək istəyir - AÇIQLAMA

19:20 Hadisə 77
"Dinamo" Babayevi "Dinamo"dan icarəyə götürmək istəyir - AÇIQLAMA

Mahaçqala "Dinamo"sunun baş direktoru Şamil Qazızov klubun Moskva "Dinamo"sunun futbolçusu Ülvi Babayevi icarəyə götürmək niyyəti barədə yayılan məlumata münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Qazızov mahaçqalıların həmin oyunçuya maraq göstərdiyini bildirib:

​"Şayiələri şərh edə bilmərəm. Bəli, Babayev klubumuzun maraq dairəsində olub və olaraq qalır.

Mən öz tərəfimdən indi bir sıra səbəblərə görə heç nəyi sürətləndirməzdim".

​Babayev Moskva "Dinamo"sunun yetirməsidir. O, əsas komandanın heyətində 26 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçinin müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti