“Neftçi”nin yeni oyunçusu möhtəşəm “qayçı” vurdu - VİDEO

12 Sentyabr 01:10 Neftçi 1 142
“Neftçi”nin yeni oyunçusu möhtəşəm “qayçı” vurdu - VİDEO

Misli Premyer Liqasında V tura start verilib.

Sportinfo.az xəbər verir ki, günün yeganə matçında "Neftçi" "İmişli"nin qonağı olub.

Yevlax şəhər stadionunda baş tutan qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 3:2.

Meydan sahiblərinin heyətində 29-cu dəqiqədə Bəxtiyar Həsənalızadə, 45+7-ci dəqiqədə isə penaltidən Azər Salahlı fərqlənib.

Bakı təmsilçisinin qollarına 12-ci dəqiqədə Freddi Varqas, 28-ci dəqiqədə Breno Almeyda, 80-ci dəqiqədə Qustavo Klisman imza atıblar.

Xallarının sayını 12-yə çatdıran "Neftçi" birinci pillədə qərarlaşıb. "İmişli" 4 xalla səkkizincidir.

"İmişli" - "Neftçi" matçından (2:3) hazırlanmış videoicmalı təqdim edirik.

“İmişli” - “Neftçi” 2:3

Yevlax şəhər stadionu, 600 tamaşaçı
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Kərim Zeynalov
Dördüncü hakim: Fərid Hacıyev
VAR: Emin Əliyev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Nəriman Axundov
Sarı vərəqələr: İdris İnqilablı, oyundan sonra (hakimin qərarına etiraz) // Qustavo Klisman, 68 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Vüqar Əliyev (“Neftçi”), 79 (hakimin qərarına etiraz)
Qollar: Bəxtiyar Həsənalızadə, 29; Azər Salahlı, 45+7 (p.) // Freddi Varqas, 11; Breno
Almeyda, 28; Qustavo Klisman, 80
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.

“İmişli”
22. Sadiq Məmmədzadə
14. Bəxtiyar Həsənalızadə
19. Azər Salahlı (k)
77. Fərid Nəbiyev
(10. Dioqo Kardozu, 76)
5. İdris İnqilablı
33. Əkbər Eyubov
(13. Rafael Vieqaş, 65)
6. Yau Mozes
(55. Murad Ələkbərov, 87)
9. Dioqo Almeyda
23. Dioqo Rollo
7. Luis Silvestr
(8. Xuan Hernandes, 87)
80. Deko
(17. Seyxan Fərəcov, 46)
Ehtiyat oyunçular:
1. Yusif İmanov
70. Mehdi Tahirov
30. Xəlil Mürsəlli
42. Sebai Senin
Baş məşqçi: Fərid Namazov

“Neftçi”
1. Emil Balayev
8. Emin Mahmudov (k)
(20. Qustavo Klisman, 56)
17. Murad Xaçayev
3. Rüfət Abbasov
77. Falaye Sako
18. İfeanyi Metyu
(88. Viçko Şevel, 79)
55. Endryu Qravilyon
29. Lyubomir Tupta
(27. Draqolyub Saviç, 56)
33. Breno Almeyda
(22. Denzel Jubitana, 79)
10. Freddi Varqas
(26. Adeleke Akinyemi, 61)
11. Alen Şkribek
Ehtiyat oyunçular:
93. Rza Cəfərov
81. Məhdi Həsənov
14. Elvin Bədəlov
7. Emil Səfərov
6. Sessi Dalmeyda
24. Mustafa Sek
5. İqor Ribeyro
Baş məşqçi: Yuri Vernidub

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…