Bu liqada ən bahalı 5 oyunçudan biri azərbaycanlıdır - FOTO

20:20 Araşdırma 91
Bu liqada ən bahalı 5 oyunçudan biri azərbaycanlıdır - FOTO

Türkiyə I Liqasının ən dəyərli 5 futbolçusunun adı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, “Transfermarkt”ın araşdırmasına görə, siyahının ilk 4 pilləsində “Bursaspor”un oyunçusu yer alır.

I Liqanın ən dəyərliləri arasında Azərbaycan millisinin üzvü Toral Bayramov da var. Sol cinah müdafiəçisi 2 milyon avroluq qiymətlə liqanın ən bahalı 4-cü futbolçusudur.

Toral yalnız komanda yoldaşları Linkoln (3,5 milyon avro), Keleçi İhenaço (3 milyon) və Juergen Elitimdən (2,5 milyon) geri qalır.

“Bursaspor” 6 turdan sonra 15 xalla ikinci pillədə qərarlaşır.

Toral Bayramov

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?