Nəriman baxa-baxa qaldı, “Beşiktaş”a uduzdular - VİDEO

12 Sentyabr 01:50 Bizimkilər 418
Nəriman baxa-baxa qaldı, “Beşiktaş”a uduzdular - VİDEO

Türkiyə Superliqasında beşinci tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun açılış matçında millimizin hücumçusu Nəriman Axundzadənin də formasını geyindiyi “Ərzurumspor” səfərdə “Beşiktaş”ın qonağı olub.

Matç İstanbul klubunun qələbəsi ilə başa çatıb.

N.Axundzadə əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Bu qələbə sayəsində xallarının sayını 12-ə çatdıran “Beşiktaş” turnir cədvəlində liderliyə yüksəlib. “Ərzurumspor” isə 4 xalla 15-ci pillədə qərarlaşıb.

“Beşiktaş” - “Ərzurumspor” 3:0
Qollar:
Topçu, 21, Trossard, 27, Kirtay, 81-avtoqol

Digər Xəbərlər
Xəbər Lenti