“Şəfa” Acarıstan hökumətinin sədri ilə münasibət qurdu

22:40 Hadisə 69
“Şəfa” Acarıstan hökumətinin sədri ilə münasibət qurdu

“Şəfa” beynəlxalq arenada təmsilçilik imkanlarını artırmaq və ölkə xaricində yeni əməkdaşlıq əlaqələri qurmaq istiqamətində fəaliyyətini sürətləndirir.

Sportinfo.az xəbər verir ki, klubun xarici əlaqələrinin coğrafiyasını genişləndirmək strategiyası çərçivəsində növbəti addım Acarıstan Muxtar Respublikasında atılıb.

“Şəfa”nın beynəlxalq əlaqələr üzrə fəxri səfiri, “Caspian Energy Club”ın sədri və qrup üzrə icraçı direktoru (CEO) Telman Əliyevin Acarıstana səfəri çərçivəsində regionun ali rəhbərliyi ilə bir sıra yüksəksəviyyəli görüşlər reallaşıb.

Səfər müddətində Acarıstan hökumətinin sədri Zurab Pataradze, maliyyə və iqtisadiyyat naziri Ednar Nataridze, eləcə də Batumi şəhərinin meri Giorgi Tsintsadze ilə görüşlər keçirilib.

Danışıqlar zamanı tərəflər idman və gənclər sahəsində təcrübə mübadiləsi, futbol əlaqələrinin möhkəmləndirilməsi və gələcək birgə layihələrin perspektivlərini müzakirə ediblər.

Görüşlərin sonunda Acarıstan rəhbərliyinə “Şəfa”nın formaları hədiyyə olunub.

Bu diplomatik və idman təmasları “Şəfa”nın beynəlxalq miqyasda tanıdılması, xaricdə təbliği və klubun beynəlxalq tərəfdaşlıq şəbəkəsinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?