Səfər oyununa azərbaycanlılar üçün biletlərin qiyməti açıqlandı

03:20 Azarkeş 74
Səfər oyununa azərbaycanlılar üçün biletlərin qiyməti açıqlandı

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Litva – Azərbaycan oyununda milli komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün biletlər onlayn şəkildə satışdadır.

Sportinfo.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanlı azarkeşlər üçün ayrılmış 228 və 229-cu sektorlara biletlərin qiyməti 14 avrodur. (təxmini 28 manat).

Sentyabrın 27-də Kaunas şəhərində yerləşən “Dariaus ir Gireno” stadionunda keçiriləcək Litva – Azərbaycan matçı yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) başlayacaq.

Biletləri aşağıdakı linkə keçid edərək əldə edə bilərsiniz: https://kakava.lt/pirkti-bilietus/12700/27302

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!
11 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
11 Sentyabr 03:40 “Sabah”a gəldilər - FOTO
11 Sentyabr 03:10 Ləman “Neftçi” yolunda