Təmsilçimiz ölkəmizdə ilk dəfə təşkil olunan "Sea Breeze 2026"da qalib gəldi

12 Sentyabr 04:40 Digər növlər 328
Təmsilçimiz ölkəmizdə ilk dəfə təşkil olunan "Sea Breeze 2026"da qalib gəldi

Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirində daha bir görüş baş tutub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Elit polo club" Rusiyanın "Moscow polo club" komandası ilə üz-üzə gəlib.

Görüş Azərbaycan klubunun 7:3 hesablı qələbəsi ilə başa çatıb.

"Red Star" (Böyük Britaniya) və "Sankt Mortiz" (İsveçrə) komandaları qarşılaşıblar. Bu görüşdə İsveçrə təmsilçisi 7:6 hesablı qələbə qazanıb.

Azərbaycan təmsilçisi "Elit polo club" sabah Böyük Britaniyanın "Red Star" komandası ilə yarımfinalda üz-üzə gələcək. Digər yarımfinal qarşılaşması isə "Sankt Mortiz" (İsveçrə) və "Moscow polo club" (Rusiya) arasında keçiriləcək.

Oyunlarda qalib gələn komandalar sentyabrın 13-də finalda, məğlublar isə üçüncü yer uğrunda matçda qarşılaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM