“Sabah”dan ayrıldığına görə peşam deyil: “3 ay əvvəl...”

20:00 Hadisə 95
“Sabah”dan ayrıldığına görə peşam deyil: “3 ay əvvəl...”

“Sabah”da lazımınca şans qazanmadığıma görə qətiyyən peşman deyiləm”.

Bu sözlərin müəllifi hazırda “Şəfa”nın qapısını qoruyan Nicat Mehbalıyevdir.

Son 2 ildə “tələbələr”in sıralarında olan, Azərbaycan çempionu adını qazanıb, 2 dəfə ölkə kubokunu başının üzərinə qaldıran 25 yaşlı qapıçı daha çox oynamaq həvəsi ilə yayda iş yerini dəyişdi.

Hazırda “Şəfa”nın qapısını qoruyan Mehbalıyev Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanan komandada yer almadığına görə peşman deyil.

Sportinfo.az-a açıqlama verən kiper keçmiş komandasının uğurlarına sevinir, onlara dəstək verəcəyini deyir:

“Sabah”da istər komanda, istərsə də fərd olaraq gözəl günlər keçirmişəm. İki dəfə Azərbaycan kubokunu qazanmışıq, bir dəfə Premyer Liqanın qalibi olmuşuq. “Sabah”la bağlı yalnız xoş xatirələrim var.

“Sabah”ın uğuruna tək mən yox, hər birimiz sevinməliyik. Təbii ki, sabiq komandam və Azərbaycan təmsilçisi olduğuna görə “Sabah”a azarkeşlik edəcəm.

3 ay əvvəl heç kim bilməzdi ki, “Sabah” Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək.

Həmin an əsas istəyim daha çox oynamaq, formaya düşərək özümü göstərmək və milli komandaya dəvət almaq idi. Bu gün də belədir.

Hər bir futbolçu Çempionlar Liqasında oynamaq istəyər. Lakin bəzən nəyisə qazanmaq üçün nələrisə qurban verməlisən”.

2020-ci ildən “Sabah”ın sıralarında olan Nicat Mehbalıyev bu komandanın heyətində bütün turnirlərdə 23 oyunda şans qazanmaqla qapısından 24 top buraxıb, 8 “quru” matç keçirib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?