Yayda “Barselona”ya baş tutmayan transferdən sonra…

21:40 İspaniya 107
Yayda “Barselona”ya baş tutmayan transferdən sonra…

“Atletiko”nun hücumçusu Xulian Alvaresin ən azı bu mövsümün sonuna qədər klubda qalacağı gözlənilir.

Sportinfo.az “EL Nacional”-a istinadən xəbər verir ki, yayda “Barselona”ya baş tutmayan transferdən sonra Alvares yanvarda bu keçidin reallaşması üçün israr etməyəcək.

Bildirilir ki, 26 yaşlı forvard hazırda “Atletiko” ilə münasibətləri yenicə yoluna qoymağa başladığı üçün klubla yenidən qarşıdurma yaşamaq istəmir.

“Barselona”nın isə Alvaresə marağı hələ də davam edir. Ancaq Kataloniya klubu hücum xəttini gücləndirmək üçün digər namizədləri də nəzərdən keçirir.

Argentinalı futbolçu bu mövsüm bütün turnirlərdə 3 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?