Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib

12 Sentyabr 07:10 Hadisə 277
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib

Azərbaycan Avtomobil Federasiyası (AAF) qurumun adından saxta elektron məktublar göndərilməsinə dair xəbərdarlıq edib.

Qurumdan Sportinfo.az-a verilən məlumatda bildirilib ki, kiberdələduzluq nəticəsində Federasiyanın [email protected] elektron poçt ünvanından müxtəlif şəxslərə guya xeyriyyə məqsədilə ianələr toplanılmasına dair məktublar göndərilib.

Azərbaycan Avtomobil Federasiyası bu məzmunda məktubların federasiya ilə bağlı olmadığını bildirib və vətəndaşları belə dələduzluq hallarına qarşı diqqətli olmağa çağırıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?