Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və komandanın idman direktoru İlqar Qurbanov Polşanın Çenstoxova şəhərinə səfər ediblər.
Sportinfo.az xəbər verir ki, səfərdə məqsəd millinin “Rakov”da çıxış edən hücumçusu Mahir Emrelinin oyununu canlı izləmək olub.
“Rakov” Polşa çempionatının 7-cı turunda bu gün “Motor” komandasını qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıb. Emreli bu matçda start heyətdə yer alıb, 87-ci dəqiqədə əvəzlənib.
Oyundan sonra A.Abbasov və İ.Qurbanov Mahir Emreli ilə görüşüb. Görüşdə Emrelinin hazırkı durumu, millinin qarşıdakı oyunlarından danışılıb.

