Fransa klubunun vingeri Azərbaycan klubunda - RƏSMİ

00:50 Sumqayıt 104
Fransa klubunun vingeri Azərbaycan klubunda - RƏSMİ

“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Son olaraq Fransada - “Qrenobl”da çıxış etmiş Mamadi Banqre ilə 1+2 illik müqavilə imzalanın. 25 yaşlı vinger “11” nömrəli formada çıxış edəcək.

Mamadi Banqre Fransada “Tuluza”nın yetirməsidir. O, karyerası ərzində “Tuluza” ilə yanaşı “Trua”, “Pau”, “Qrenobl” kimi komandaların şərəfini qoruyub.

Banqre həmçinin vətəni olan Burkina-Faso millisində 9 oyun keçirib.

Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!
11 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
11 Sentyabr 03:40 “Sabah”a gəldilər - FOTO
11 Sentyabr 03:10 Ləman “Neftçi” yolunda