60 milyon avroluq təklif “İnter”in fikrini dəyişəcək?

11 Sentyabr 22:00 İtaliya 431
60 milyon avroluq təklif “İnter”in fikrini dəyişəcək?

“İnter”in hücumçusu Markus Türam İngiltərə Premyer Liqası klublarının maraq dairəsindədir.

Sportinfo.az “Football360”-a istinadən xəbər verir ki, “Tottenhem”, “Nyukasl” və “Aston Villa” 29 yaşlı forvardı heyətinə qatmaq istəyir.

Ancaq klublardan heç biri hələlik rəsmi təklif göndərməyib.

Bildirilir ki, “İnter” Türamı əvəzolunmaz futbolçu hesab edir və onun satışını planlaşdırmır. Bununla belə, 60 milyon avroluq təklif Milan klubunun mövqeyini dəyişməsinə səbəb ola bilər.

Fransalı hücumçu bu mövsüm bütün turnirlərdə 3 oyunda meydana çıxıb və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM