İngilislərdən “Sabah”a çox vacib mesaj - Düzgün və realist mövqe

15:00 Sabah 68
İngilislərdən “Sabah”a çox vacib mesaj - Düzgün və realist mövqe

"Sabah" Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində "Mançester Yunayted" ilə qarşılaşdı.

Təmsilçimiz tarixində ilk dəfədir avrokuboklara vəsiqə qazandı və debütünü birbaşa qitənin ən nüfuzlu turnirində etdi.

Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv "Old Trafford" stadionunda 4:0 hesabı ilə məğlub oldu.

Bunu yalnız biz demirik - “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik də oyundan sonra “Sabah” haqqında müsbət fikirlər səsləndirib.

O, Azərbaycanın çempionunun oynamağı çətin komanda olduğunu, çoxsaylı kiçik kombinasiyalar etdiyini və topu geri qazanmaq üçün “Yunayted”i işləməyə məcbur etdiyini bildirib.

Karrik həmçinin hesabın oyunun nə qədər asan keçdiyini tam göstərmədiyini vurğulayıb.

Bu, “Sabah” üçün çox vacib mesajdır. Çünki dünyanın ən böyük futbol səhnələrindən birində rəqib baş məşqçinin komandan haqqında belə danışması müəyyən mənada görülən işin göstəricisidir.

Digər tərəfdən, Valdas Dambrauskas özü də oyundan sonra çox düzgün və realist mövqe ortaya qoydu.

O, komandanın daha cəsarətli olması, xüsusilə müdafiədən topu çıxararkən, daha çox inam göstərməsi lazım olduğunu bildirdi.

Baş məşqçi həmçinin qeyd etdi ki, heyətdəki futbolçuların böyük əksəriyyəti əvvəllər bu səviyyədə oynamamışdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti