“Yuventus”un müdafiəçisi Pyer Kalulu gələcəkdə klubunu dəyişə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa millisinin üzvü ilə İngiltərə çempionatının bir neçə klubu maraqlanır.
Kalulunun transferində əsas favorit “Mançester Yunayted” hesab olunur. “Liverpul”, “Tottenhem” və “Aston Villa” da onu heyətinə qatmaq üçün mübarizəyə qoşulmaq niyyətindədir.
26 yaşlı futbolçu ötən ilin yayından “Yuventus”da çıxış edir. Onun Turin klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir.
“Transfermarkt” portalı Kalulunun dəyərini 32 milyon avro qiymətləndirir.
