Azərbaycan millisi Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

12 Sentyabr 04:20 Boks 342
Azərbaycan millisi Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

Sentyabrın 15-də Qazaxıstanın Aktau şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.

Sportinfo.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycanın U-23 millisi gücünü yoxlayacaq.

Komandanın məşqçisi Elbrus Rzayev turnirdə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev, Ruslan Rüstəmov (hər ikisi 65 kq), Vaqif Hacıyev (70 kq) və Abbasqulu Şadlinskini (75 kq) yoxlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti