Misli Premyer Liqasında beşinci tur davam edir.
Sportinfo.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar başa çatıb.
Əvvəlcə “Kəpəz” öz meydanında “Qəbələ”ni qəbul edib. Görüş Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər matçda isə “Sumqayıt” doğma divarlar arasında “Şamaxı”nı sınağa çəkib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Ötən gün baş tutan turun açılış oyununda "Neftçi" "İmişli"ni 3:2 hesabı ilə məğlub edib.
Tura sentyabrın 14-də yekun vurulacaq.
17:30. "Kəpəz" – "Qəbələ" 1:0
Qollar: Viktor Stina, 64
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Cavid Cəlilov.
VAR: Elvin Bayramov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Gəncə stadionu
"Kəpəz": 1. Rojerio Santos 34. Urfan Abbasov 7. Namik Ələskərov 99. Əli Səmədov (k) 9. Kennet Kalunqa 21. Azuma Abubakar 66. David Domqjoni 11. Viktor Stina 3. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 81. Elgün Bayramov 10. Rəhman Hacıyev 6. Vadim Abdullayev 20. Rafael Məhərrəmli 8. Şakir Seyidov 17. Ümid Səmədov 19. Fərid Kələntərov 2. Arzu Atakişiyev 70. Şahnur İsmayılov 33. Benito 27. Desmond Akua
Baş məşqçi: Azər Məmmədov
"Qəbələ": 1. Səlahət Ağayev (k) 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 9. Karim Rossi 6. Xayme Syerra 12. Kouya Mabea 16. İsaak Amoah 5. Natan Monzanqo 80. Meşak Uboçioma 3. Edson Eduardo
Ehtiyat oyunçular: 32. Artur Motta 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 2. Aqşin Yaqubov 21. Ziya Şəkərxanov 19. Xəyyam Məmmədli 30. Cuma Hüseynov 7. Bruno Silva
Məşqçi: Amil Ağacanov
19:45. "Sumqayıt" – "Şamaxı" 1:1
Qollar: Jeam Oliveyra, 25, Edqar Adilxanov, 68
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Teymur Teymurov, İnqilab Məmmədov.
VAR: Vüqar Həsənli.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
"SOCAR Polymer Arena"
"Sumqayıt": 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 17. Nihad Əhmədzadə, 9. Jeam Oliveyra, 4. İsa Suliman (k), 42. Sedrik Badolo, 10. Ronaldo Vaskes, 80. Keffel Resende, 55. Lukas Blek, 21. Tyaqo Almeyda, 5. Renan Santana.
Ehtiyat oyunçular: 12. Aftandil Arixov, 34. Ülvi Abbaslı, 29. Emil Mustafayev, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 11. Mamadi Banqre, 27. İmani Barker.
Baş məşqçi: Filipe Kandido.
"Şamaxı": 1. Rikardo Fernandes (k), 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 10. Edqar Adilxanov, 25. Filipe Markes, 13. Rikardo Apolinario, 11. Ayman Buali, 3. Jota, 19. Abdullahi Şuaybu, 4. Rui Paçeko, 52. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 96. Nicat Qaragözlü, 14. Uğur Cahangirov, 80. Həbib İsmayılov, 2. Fariz Xeyrullayev, 7. Emil Süleymanov, 77. Okan Təhməzli, 88. Hacıəli Şirəliyev, 17. Sənan Muradlı, 66. Ceyhun Bağırzadə, 9. Tornike Axvlediani, 8. Teşaqer Dequ.
Baş məşqçi: Azər Bağırov.
