“Arsenal” və “Atletiko”nun hədəfindədir - Braziliyalı müdafiəçi

15:20 İtaliya 37
“Arsenal” və “Atletiko”nun hədəfindədir - Braziliyalı müdafiəçi

”Roma”nın müdafiəçisi Uesli França Avropanın iki aparıcı klubunun diqqətini çəkib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal” və “Atletiko” 23 yaşlı futbolçunu nəzərdən keçirirlər.

Klubların nümayəndələri müdafiəçini “Roma”nın UEFA Çempionlar Liqasında “Fənərbaxça”ya qarşı keçirdiyi oyunda (1:1) izləyiblər.

França 2025-ci ilin yayından “Roma”da çıxış edir. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna qədər qüvvədədir.

“Transfermarkt” braziliyalı futbolçunun bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti