“Qarabağ”dan ayrılan Abdullah Zubirin yeni iş yeri müəyyənləşib.
34 yaşlı fransalı vinger karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
“Əl-Oroba” ilə anlaşma bir neçə həftə baş tutsa da, təqdimetmə mərasimi iki gün öncə reallaşıb.”Qarabağ” azarkeşlərinin sevimlisi azı 2027-ci ilin yayın qədər bu komandanın uğurları üçün tər tökəcək.
Zubiri Ərəbistana kimin apardığı, daha doğrusu, bu keçiddə hansı şəxsin vasitəçilik etdiyi bizə məlumdur.
Abdullahın kiçik qardaşı Tarek Zubir bu işdə pay sahibi olub.
Qardaşı üçün klub axtarışına çıxan menecer qardaş “Əl-Oroba” rəsmiləri ilə razılıq əldə edib.
Abdullahın Asiyaya yollanaraq karyerasını burada davam etdirmək üçün danışıqlarda birbaşa iştirak edib.
Yekunda tərəflərin razılıq əldə etməsinə nail olub.
Maraq üçün bildirək ki, Tarek Zubir vaxtilə I Liqada mübarizə aparan “Zaqatala”da çıxış edib. Karyerası istədiyi kimi alınmadığından, futbolçu karyerasını erkən başa vuraraq menecerlik etməyə başlayıb.
Son illərdə Avropadan Azərbaycan klublarına dəvət olunan çox sayda legionerin keçidinə vasitəçilik edib.
HƏBİB / SPORTİNFO.AZ
