18 yaşlı ekvadorlu hücumçunu 5,85 milyon avroya aldı - Premyer Liqanın iştirakçısı

15:40 İngiltərə 139
18 yaşlı ekvadorlu hücumçunu 5,85 milyon avroya aldı - Premyer Liqanın iştirakçısı

Ekvadorun “İndependiente del Vaye” klubunun hücumçusu Xuan Anqulo İngiltərə Premyer Liqasına keçib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu karyerasını “Sanderlend”də davam etdirəcək.

Tərəflər uzunmüddətli müqavilə imzalayıb. Müqavilənin detalları açıqlanmasa da, “transfermarkt”ın məlumatına görə, İngiltərə klubu bu keçid üçün 5,85 milyon avro ödəyib.

Anqulo “Sanderlend”lə müddəti 2031-ci ilin yayına qədər olan müqavilə imzalayıb.

Ekvadorlu forvard bu mövsüm Ekvador çempionatında 15 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Sanderlend” Premyer Liqanın ilk iki turundan sonra 3 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti