Tanınmış klub futbol əməliyyatları rəhbərini qovdu

9 Sentyabr 01:30 İngiltərə 463
Tanınmış klub futbol əməliyyatları rəhbərini qovdu

“Nottingem Forest” futbol əməliyyatları rəhbəri Edu Qasparla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“Arsenal”ın sabiq yarımmüdafiəçisi kluba təyinatından təxminən bir il sonra ayrılıb. Edu ilə müqaviləyə xitam verilib.

Braziliyalı mütəxəssis 2025-ci ilin iyulunda “Nottingem Forest”ə təyin olunmuşdu. Bundan əvvəl isə o, 6 il “Arsenal”da çalışıb. Edu 2022-ci ildə London klubunun ilk idman direktoru olub.

“Nottingem Forest” ötən mövsüm İngiltərə Premyer Liqasını turnir cədvəlinin 16-cı pilləsində başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…