2030-cu ildə DÇ-nin final oyunu burada keçiriləcək?

2030-cu ildə DÇ-nin final oyunu burada keçiriləcək?

Mərakeş Kral Futbol Federasiyasının (RMFF) rəhbəri Fuzi Lekjaa 2030-cu il Dünya Çempionatının final oyununun yeni “II Həsən” stadionunda keçiriləcəyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu haqda “Efe” agentliyi məlumat yayıb.

“Bensliman əyaləti 2030-cu il Dünya Çempionatının finalına ev sahibliyi etmək şərəfinə nail olacaq”, - deyə Lekjaa bildirib.

Avqust ayında “The Times” nəşri məlumat yaymışdı ki, FİFA prezidenti Canni İnfantino qarşıdan gələn seçkilərdə dəstək müqabilində Mərakeşə finala ev sahibliyi hüququnu vəd edib.

FİFA bu məlumatı qeyri-dəqiq adlandıraraq təkzib edib və yekun qərarın daha sonra veriləcəyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!