Hücumçusunu icarəyə verdi – Premyer Liqa təmsilçisi

17 Fevral 15:40 İngiltərə 1 546
Hücumçusunu icarəyə verdi – Premyer Liqa təmsilçisi

“Arsenal”ın hücumçusu Markinyos karyerasını “Fluminense”də davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı forvard 2024-cü ilin sonuna qədər icarəyə verilib.

O, “Sao Paolo”da oynadıqdan sonra 2022-ci ildə “Arsenal”a keçib. Bu vaxt ərzində isə “Norviç”, “Nant” klublarında icarə əsasında çıxış edib.

Onun London klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"