“Mançester Siti” 145 milyon verdi, dünya çempionunu transfer etdi

00:10 İngiltərə 94
“Mançester Siti” 145 milyon verdi, dünya çempionunu transfer etdi

“Çelsi”nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandes “Mançester Siti”yə transfer olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə “şəhərlilər”in rəsmi saytı məlumat yayıb.

Argentina milli komandasının heyətində 2022-ci ilin dünya çempionu olan futbolçu Mançester təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. Fernandesin artıq tibbi müayinədən keçdiyi və klubun ofisində təqdim olunduğu bildirilir.

Məşhur “Transfermarkt” portalının məlumatına görə, argentinalı yarımmüdafiəçinin transferi “Mançester Siti”yə 145 milyon avroya başa gəlib ki, bu da klub tarixinin rekord göstəricisidir.

Bu məbləğ həm də Britaniya futbolu tarixində rekordun təkrarı deməkdir. Belə ki, ötən yay “Liverpul” isveçli hücumçu Aleksander İsakın transferi üçün “Nyukasl”a məhz eyni məbləği – 145 milyon avro ödəmişdi.

Enzo Fernandes 2023-cü ilin yanvarından “Çelsi”nin şərəfini qoruyurdu. Bu müddət ərzində o, bütün turnirlərdə keçirdiyi 170 matçda 31 qol və 30 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt”a görə futbolçunun hazırkı bazar dəyəri 100 milyon avro qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM