Şəhriyar Əliyev yenidən Premyer Liqaya qayıda bilər.
Stoperin xidmətində "Araz Naxçıvan" maraqlıdır.
Mərkəz müdafiəçisi sıxıntısı yaşayan muxtar respublika təmsilçisi boşluğu millimizin sabiq arxa xətt oyunçusu ilə doldurmağı planlaşdırır.
Tərəflər arasında ilkin danışıqlar müsbət nəticə verib.
Hər hansı problem yaranmasa mövsümün ikinci yarısını 33 yaşlı oyunçu "Araz Naxçıvan"a qoşulacaq.
Hazırda MOİK-də çıxış edən Əliyev karyerası ərzində "Qarabağ", "Turan Tovuz", "Keşlə" (indiki "Şamaxı"), "Bakı" klublarında forma geyinib.
SPORTİNFO.AZ
