Bu gün "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.
Sportinfo.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçilik etdiyi kolllektiv 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə qarşılaşıb.
Təmsilçimiz 1:2 hesabı ilə uduzub. "Qarabağ"ın heyətində Viktor Ani Çidioke penalti zərbəsini dəqiq yerinə yetirərək fərqlənməyə nail olub.
Bu komandalar arasında cavab oyunu noyabrın 4-də olacaq.
Cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin üstün tərəfi ilə qarşılaşacaq.
"Qarabağ"ın U-19 komandası Yerli çempionlar yolu xətti ilə bu turnirdə iştirak edir. "Sabah"ın U-19 komandası isə Çempionlar Liqası yolu ilə turnirdə mübarizə aparır.
Yerli çempionlar yolu xətti ilə yarışda mübarizə aparan komanda (indiki halda "Qarabağ") turnirin 1/16 final mərhələsinə yüksəlmək üçün iki mərhələ keçməlidir.
Həmin mərhələdə Çempionlar Liqası yolunda ilk 22 yeri tutan komanda da yarışacaq.
“Qarabağ” (U-19) – “Dinamo” (U-19) 3:0
Baş hakim: Karl Kopper (Estoniya)
Bakı, “Azərsun Arena”
